174 nəfəri ölümdən xilas edən israilli Netanyahu ilə görüşdü – VİDEO
İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində ikinci pilotu zərərsizləşdirərək 174 sərnişini xilas edən israilli Yaniv Xayon ilə görüşüb.
hadiseler.info “Ynet” nəşrinə istinadən xəbər verir ki, təkbətək görüş Ben-Qurion hava limanında baş tutub.
Qəhrəman sərnişin Yaniv Xayon Baş nazirin qarşısına üzərində qan ləkələri olan köynəkdə çıxıb. Məhz onun cəsarəti sayəsində kapitanı bıçaqlayan və təyyarəni yerə çırpmaq istəyən hücumçu zərərsizləşdirilib.
Xayon dəhşətli anları belə təsvir edib: “Mən hücum edəni tutdum, onu boğmağa başladım və kabinədən bayıra çəkdim. Köməyə adam çağırdım və təyyarənin şturvalını özümə doğru çəkdim. Təyyarə düzəlməyə başladı və həmin an sərnişinlər arasında olan şəxs – hansı ki, o da pilot idi – idarəetməni öz üzərinə götürdüyünü bildirdi”.
Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edərək terror aktına cəhd göstərib. Sərnişinlərin fədakarlığı sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu insidenti rəsmən terror aktına cəhd kimi qiymətləndirib.
No Comment! Be the first one.