19 sentyabr antiterror əməliyyatının ildönümü günüdür
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən 3 il ötür.
hadiseler.info xəbər verir ki, cəmi 23 saat 50 dəqiqə davam edən və sentyabrın 20-si saat 13:00-da uğurla başa çatan əməliyyat nəticəsində erməni separatçılarının qalıqları ağ bayraq qaldıraraq Azərbaycan hakimiyyətinin bütün şərtlərini şərtsiz qəbul ediblər.
Lokal antiterror tədbirləri üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, hərbi infrastrukturların zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilib. Qısa müddətdə qarşıya qoyulan bütün məqsədlərə nail olunaraq ölkənin tam suverenliyi təmin edilib.
No Comment! Be the first one.