Tramp bu media qurumlarının Ağ Evə girişini qadağan etdi
ABŞ-da prezident administrasiyası ilə ölkənin aparıcı media qurumları arasında gərginlik pik həddə çatıb.
hadiseler.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp CNN və “MS NOW” telekanallarının, eləcə də “Politico” nəşrinin Ağ Evə girişinə qadağa qoyulduğunu bəyan edib.
Ağ Ev rəhbəri bu qərarını sözügedən media vasitələrinin sistemli şəkildə “yalan xəbər” yayması ilə əsaslandırıb. Tramp həmçinin “Politico” nəşrini Co Bayden administrasiyası dövründə 8 milyon dollar dəyərində dövlət abunə müqaviləsi almaqda ittiham edib. ABŞ lideri açıqlamasında analoji məhdudiyyətlərin növbəti mərhələdə digər nəşrlərə də şamil edilə biləcəyini istisna etməyib.
No Comment! Be the first one.