20 min manatlıq limit sabahdan qüvvəyə minir
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir.
hadiseler.info xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı qərara əsasən, oktyabrın 1-dən etibarən maliyyə qurumlarının elektron pul transferləri barədə quruma məlumat ötürmə qaydasında dəyişikliklər hüquqi qüvvəyə minir.
“Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunvericiliyə uyğun olaraq tətbiq edilən 20 000 manatlıq (və ya xarici valyutada onun qarşılığı) məbləğ göstəricisi dəyişməz qalsa da, onun hesablanma prinsipi fərqlənəcək. Artıq bu limit bir təqvim ili çərçivəsində tətbiq olunacaq və müştərinin il ərzində edəcəyi hər bir növbəti elektron köçürmə əməliyyatına şamil ediləcək.
Bundan başqa, monitorinqə cavabdeh qurumlar mövcud hüquqi şəxs olan müştərilərinin son benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il dekabrın 31-dək MMX-yə təqdim etməlidirlər.
No Comment! Be the first one.