3 yaşlı uşağın mədəsindən 21 maqnit topu çıxarıldı
Türkiyədə azyaşlının həyatı üçün təhlükə yaradan bədbəxt hadisə baş verib.
hadiseler.info xəbər verir ki, Kocaeli Şəhər Xəstəxanasına öskürək şikayəti ilə gətirilən 3 yaşlı uşağın müayinəsi zamanı onun udduğu oyuncağın rəngli maqnitlərinin mədəsində və boğazında ilişib qaldığı müəyyən edilib.
Uşaq qastroenterologiya qrupu tərəfindən dərhal icra olunan əməliyyat nəticəsində azyaşlının mədəsindən və boğazından 21 ədəd maqnit topu uğurla çıxarılıb.
Hadisədən sonra uşaq qastroenteroloqu Dr. Ayşe Burcum Sertel valideynlərə müraciət edərək, uşaqların sağlamlığı və təhlükəsizliyi üçün bu cür maqnitli oyuncaqları almaqdan çəkinməyi tövsiyə edib.
No Comment! Be the first one.