“44”ün premyerası bu tarixdə olacaq
Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov öz “Instagram” hesabında məlumat paylaşıb.
A.Ələkbərov bildirib ki, Mərkəzdəki ilk təqdimatdan sonra filmin nümayişi ölkənin bütün kinoteatrlarında davam etdiriləcək. Premyera ərəfəsində tamaşaçılara təqdim olunmaq üçün 12 tizer hazırlanıb və onlar qarşıdakı həftələr ərzində ictimaiyyətlə paylaşılacaq. Artıq filmin rəsmi posterlər silsiləsi təqdim olunub, ilk tizerin nümayişi isə sabah gözlənilir.
No Comment! Be the first one.