“Şəki yaylası”ndakı faciə ilə bağlı YENİ TƏFƏRRÜAT: Sığorta müqaviləsi imzalanıbmış
“Şəki yaylası”nda Coşqun Məmmədov və Ucal Bayramovun ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı yeni məlumatlar bəlli olub.
hadiseler.info “Oxu.az”a istinadən xəbər verir ki, AzTV-nin hazırladığı reportajda həlak olan şəxslərin kanat yolundan istifadə etməzdən əvvəl sığorta müqaviləsinə qol çəkdikləri bildirilib.
Həmçinin qeyd olunub ki, hadisə zamanı kanat yolunun trosu qırılmayıb. Qəzaya kanat tipli qurğunun asılqanlı diyircəyinin trosdan çıxması səbəb olub. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortasının olduğu və təhlükəsizlik yoxlamasından keçdiyi vurğulanıb.
Məsələ ilə bağlı sübut əhəmiyyəti daşıyan bütün sənədlər araşdırılması üçün Şəki Rayon Prokurorluğuna təhvil verilib.
No Comment! Be the first one.