Nəcəf Nəcəfovun məzarındakı bürünc barelyef oğurlandı
İkinci Fəxri xiyabanda mərhum jurnalist, milli azadlıq hərəkatının liderlərindən biri Nəcəf Nəcəfovun məzarı üstündəki bürünc barelyef oğurlanıb.
hadiseler.info xəbər verir ki, başdaşının üzərinə quraşdırılmış və “Azərbaycan gəncləri” ilə “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirən barelyefi oğurlamaqda şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Barelyef satıldığı yerdən aşkar edilərək maddi sübut kimi götürülüb və fakta görə cinayət işi başlanılıb.
Qeyd edək ki, Nəcəf Nəcəfov 80-90-cı illərdə sözügedən qəzetlərin redaktoru, həmçinin Elçibəy hökumətində prezidentin müşaviri olub. 1999-cu ildə vəfat edən jurnalist 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edilib.
No Comment! Be the first one.