Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Türkiyənin sabiq xarici işlər naziri, Böyük Millət Məclisinin (TBMM) üzvü Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
hadiseler.info xəbər verir ki, Çavuşoğlu “X” sosial şəbəkə hesabında Azərbaycanın Qarabağı işğaldan azad etməsini xüsusi vurğulayıb.
Türkiyəli siyasətçi paylaşımında qeyd edib:
“Qarabağı işğaldan azad edərək tarixi bir dastan yazan Can Azərbaycanın şanlı qələbəsinin 6-cı ildönümü mübarək olsun! Bu böyük qələbənin qəhrəmanlarını hörmət və minnətdarlıqla salamlayır, əziz şəhidlərimizi rəhmətlə anırıq. Qələbələrin daim olsun, şanlı bayrağın azad torpaqlarında əbədi dalğalansın, Can Azərbaycan!”

No Comment! Be the first one.