Azərbaycan 150-dən çox ölkəyə beynəlxalq yardım göstərib
Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.
hadiseler.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 2000-ci illərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli iqtisadi inkişafı beynəlxalq yardım siyasətinin sistemli həyata keçirilməsi üçün zəruri zəmin yaradıb. Bu müddətdə yardım göstərilən ölkələr sırasına Afrikanın bütün 54 dövləti, Qoşulmama Hərəkatına üzv 111 ölkə, İƏT-ə üzv 52 dövlət, ən az inkişaf etmiş 43 ölkə və inkişaf etməkdə olan 28 kiçik ada dövləti daxildir.
Ceyhun Bayramov vurğulayıb ki, 2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardım mexanizmləri çərçivəsində təxminən 400 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. COVID-19 pandemiyası dövründə 88 ölkəyə dəstək verilib, Afrikada Ebola epidemiyasına qarşı mübarizəyə və korluqla mübarizə təşəbbüsünə yardım göstərilib. Layihə çərçivəsində 900 mindən çox insan göz müayinəsindən keçirilib, 150 mindən çox katarakta əməliyyatı aparılıb.
No Comment! Be the first one.