İmişlidə 31 yaşlı kişi ilə azyaşlı qızın toyunun qarşısı alındı
İmişli rayonunda nəzərdə tutulan erkən nikahın və toy mərasiminin keçirilməsinə polis əməkdaşları tərəfindən imkan verilməyib.
hadiseler.info xəbər verir ki, rayon sakini olan 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalar aparılıb və nəticədə oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan məclis ləğv olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət edilərək onlarla profilaktik və izahedici söhbətlər aparılıb, erkən nikahın yaratdığı hüquqi məsuliyyət və qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
No Comment! Be the first one.