Filippində gəmi yanğınında ölənlərin sayı 35 nəfərə çatdı
Filippinin Palavan əyaləti sahillərində yanan sərnişin bərəsində daha 30 nəfərin meyiti aşkarlanıb.
hadiseler.info xəbər verir ki, “Al Jazeera” məlumatına görə, bununla da sentyabrın 9-da baş verən faciə nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Manila şəhərindən Palavana gedərkən alovlanan gəmidə 130-dan çox sərnişin olub. Yüksək temperatur və güclü tüstü xilasedicilərin gəminin içərisinə daxil olmasını çətinləşdirsə də, yanmış meyit qalıqları gəminin ekonom sinif hissəsində tapılıb. Polis ekspertləri qalıqların çıxarılması və kimliklərin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar. Hadisə nəticəsində 43 nəfər xilas edilib, 54 nəfərin taleyi isə hələ də naməlumdur.
No Comment! Be the first one.