Əsirlikdən qayıdan 10 min ukraynalı hərbçi yenidən cəbhəyə göndərilir
Ukrayna Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin kəskin çatışmazlığı səbəbindən Rusiya əsirliyindən qayıdan hərbçiləri yenidən döyüş bölgəsinə göndərməyə hazırlaşır.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya güc strukturlarındakı mənbə TASS-a məlumat verib.
Məlumata görə, hazırda Ərazi Komandirlik və Səfərbərlik Mərkəzləri vasitəsilə potensial canlı qüvvənin sayı qiymətləndirilir. Açıq mənbələrin məlumatına əsasən, əsirlikdən dönənlərin sayı 10 min nəfərə yaxın ola bilər ki, bu da Ukrayna ordusunun iki mexanikləşdirilmiş briqadasını tam bərpa etməyə imkan verir. Artıq əsirlikdən qayıdan hərbçilərin doğmaları mobil tətbiqlər vasitəsilə tibbi komissiyadan keçmək üçün yenidən çağırış vərəqələri aldıqlarını təsdiqləyiblər.
Eyni zamanda, sentyabrın 7-də Xarkov vilayətinin Volçansk şəhəri yaxınlığında mühasirəyə düşən 1,7 minə yaxın Ukrayna hərbçisinin ağır itkilər verdiyi, texnikanı ataraq təslim olduğu bildirilir.
No Comment! Be the first one.