Kralın dəfnindən iki gün sonra bacısı Şahzadə Astrid vəfat etdi
Norveç Kral Sarayı Kral Haraldın böyük bacısı, 94 yaşlı Şahzadə Astridin vəfat etdiyini açıqlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Şahzadə Astrid sentyabrın 9-da Kral Haraldın Oslo Katedralında keçirilən dəfn mərasimindən cəmi iki gün sonra dünyasını dəyişib.
Qeyd edək ki, Şahzadə Astrid nənəsi, Tac Şahzadəsi Martanın vəfatından sonra 22 yaşında Norveçin birinci xanımı rolunu üzərinə götürmüşdü. O, xüsusilə cəmiyyətin həssas təbəqələrinə qayğı göstərməsi ilə seçilib və bu vəzifəni uzun illər sədaqətlə yerinə yetirib. Şahzadə sonuncu dəfə məhz qardaşının dəfn mərasimində ictimaiyyət qarşısına çıxmışdı.
Norveç Kral Sarayının verdiyi məlumata görə, Astridin dəfn mərasimi günü saray eyvanındakı bayraq yarıya endiriləcək.
No Comment! Be the first one.