Pezeşkian: “Tramp hər gün fərqli danışır, bəyanatları ziddiyyətlidir”
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın son bəyanatlarını tənqid edərək, onun dediklərinin bir-biri ilə uzlaşmadığını bildirib.
hadiseler.info xəbər verir ki, İran lideri ABŞ dövlət başçısının mövqeyinin qeyri-müəyyən olduğunu vurğulayıb.
Pezeşkian Trampın ziddiyyətli açıqlamalarına diqqət çəkərək qeyd edib: “Bir gün İranı məhv etməkdən danışır, başqa gün İranın dostu olduğunu deyir. Hansı bəyanata əsaslanmalı olduğumuzu bilmirik”.
No Comment! Be the first one.