Ceyhun Bayramov: “Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidanın birgə mətbuat konfransı keçirilib.
hadiseler.info xəbər verir ki, Ceyhun Bayramov Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin bənzərsiz olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, həmkarının səfəri Bakının düşmən qüvvələrindən azad edilməsinin 108-ci ildönümünə təsadüf etdiyi üçün xüsusi rəmzi məna kəsb edir.
Mətbuat konfransında diqqət çəkən əsas məqamlar:
İnvestisiya və Şirkətlər: Türkiyənin Azərbaycana yatırdığı investisiya 18 milyard dollardan, Azərbaycanın Türkiyəyə sərmayəsi isə 20 milyard dollardan çoxdur. İşğaldan azad edilmiş ərazilərdə aktiv fəaliyyət göstərən Türkiyə şirkətləri də daxil olmaqla, ölkəmizdə ümumilikdə 4000 Türkiyə şirkəti çalışır.
Ticarət Dövriyyəsi Hədəfi: Hakan Fidan dövlət başçılarının müəyyənləşdirdiyi 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün aidiyyəti qurumların var gücü ilə çalışdığını qeyd edib.
Sülh və Normallaşma: Türkiyəli nazir Qarabağın işğalı dövründə dəstəyin daim davam etdiyini xatırladaraq, Azərbaycan və Ermənistan arasında normallaşma processesi çərçivəsində Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranacağına ümidvar olduğunu bildirib.
No Comment! Be the first one.