Messinin komandasına yeni baş məşqçi təyin olundu
Ulduz futbolçu Lionel Messinin çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubu yeni baş məşqçisini açıqlayıb. MLS təmsilçisini argentinalı mütəxəssis Kili Qonsales çalışdıracaq.
hadiseler.info xəbər verir ki, 52 yaşlı mütəxəssis bütün lazımi sənədləri alaraq Cənubi Floridaya gəlib və artıq vəzifəsinin icrasına başlayıb. Klub ilə argentinalı çalışdırıcı arasında 2028-ci ilin ortalarınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Məşqçilik karyerası ərzində “Rosario Sentral”, “Union Santa Fe” və “Platense” klublarına rəhbərlik edən Qonsales, futbolçu kimi Avropada “Saraqosa”, “Valensiya” və “İnter Milan” kimi nəhənglərin şərəfini qoruyub.
Qeyd edək ki, “İnter Mayami” sentyabrın 17-nə keçən gece Çempionlar Kubokunun finalında Meksikanın “Krus Asul” klubu ilə qarşılaşacaq.
No Comment! Be the first one.