2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu 5,3% gözlənilir
Azərbaycan hökuməti 2027-ci ildə ölkədə illik inflyasiyanın 5,3% təşkil edəcəyini proqnozlaşdırır.
hadiseler.info xəbər verir ki, göstərici Maliyyə Nazirliyinin növbəti dövr üzrə makroiqtisadi proqnozlarında əks olunub. Proqnoz cari ilin faktiki inflyasiya dinamikası, qlobal əmtəə və ərzaq qiymətləri, idxal xərcləri, nominal effektiv məzənnə indeksi və tənzimlənən tariflərin ehtimal olunan təsirləri nəzərə alınmaqla hazırlanıb.
Maliyyə Nazirliyinin gözləntilərinə görə, 2026-cı ilin yekununda illik inflyasiya 5,7% səviyyəsində olacaq. Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən artıq 5,7% yüksəlib.
No Comment! Be the first one.