ADMİU-nun tələbələrini hədələyən tələbə universitetdən qovuldu – AÇIQLAMA
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial şəbəkələrdə yayılmış video ilə əlaqədar rəsmi açıqlama yayıb.
hadiseler.info xəbər verir ki, “TikTok” platformasında yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb.
Açıqlamada bildirilir ki, kadrlarda yer alan şəxslər bacı-qardaşdır. Videodakı qız ADMİU-da təhsil almir və işləmir, onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsi olub.
Məsələ ilə bağlı təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib. Təhsilalanla bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini və “Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4. bəndini (Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə) əsas götürərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi haqqında qərar qəbul olunub. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
ADMİU bir daha bəyan edib ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına həssaslıqla yanaşır və təhlükəsiz təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri adımları atır.
Xatırladaq ki, “TikTok”da “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun I kurs tələbələrinin ünvanına aşağılayıcı ifadələr işlədib, onları fiziki xəsarətlər yetirməklə hədələyiblər.
No Comment! Be the first one.