Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində ucuzlaşma qeydə alınıb.
hadiseler.info xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,88 ABŞ dolları və ya 4,59% azalaraq 122,15 ABŞ dolları təşkil edib.
Eyni zamanda, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 126,46 ABŞ dolları səviyyəsində qərarlaşıb. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 5,83 ABŞ dolları (4,76%) azalaraq 116,62 ABŞ dolları təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin tarixi ərzində ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycan nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku çərçivəsində hasil edilir və burada SOCAR-ın payı 35,3%-dir.
No Comment! Be the first one.