Hikmət Hacıyev: “Azərbaycan ərazisində xristian irsini qorumağa sadiqdir”
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkə ərazisindəki xristian irsinin qorunmasının Azərbaycanın öhdəliyi olduğunu bəyan edib.
hadiseler.info xəbər verir ki, Hikmət Hacıyev bu barədə Dubayda keçirilən Ərəb Media Sammitində “Euronews”un forum panelində çıxışı zamanı diqqətə çatdırıb.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan islam sivilizasiyasının tərkib hissəsi olsa da, ölkədə islam, xristianlıq və yəhudilik dinlərinə məxsus məscid, kilsə və sinaqoqlar mövcuddur.
Hikmət Hacıyev Azərbaycanın tarixən müxtəlif dinlərin birgə yaşadığı məkan olduğunu vurğulayaraq qeyd edib: “Azərbaycanın suveren ərazisində xristian irsini, onun kimə məxsus olmasından asılı olmayaraq qorumağa sadiqik. Çünki bu, bizim mədəni irsimizdir”.
No Comment! Be the first one.