ABŞ Səudiyyə Ərəbistanına silah satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına “Lockheed Martin” istehsalı olan “F-35 Lightning II Joint Strike Fighter” döyüş təyyarələrinin potensial satışına yaşıl işıq yandırıb. Dəyəri təxminən 24.3 milyard dollar qiymətləndirilən bu sövdələşmə regionda tarixi addımlardan biri hesab olunur.
hadiseler.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, razılaşmaya əsasən, Ər-Riyad 48 ədəd F-35 qırıcısı və 49 ədəd “Pratt & Whitney” mühərriki əldə edə bilər. Tədarük paketinə həmçinin müasir rabitə vasitələri, ehtiyat hissələri və texnikanın istismarı üçün tələb olunan lazımi avadanlıqlar və xidmətlər daxildir.
Dövlət Departamentindən bildirilib ki, ABŞ tərəfinin qiymətləndirmələrinə görə, bu satış Yaxın Şərqdəki mövcud hərbi balansı pozmayacaq və dəyişdirməyəcək.
No Comment! Be the first one.