Tahir Gözəl bank rəhbəri oldu
“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasında rəhbərlik dəyişikliyi baş verib.
hadiseler.info xəbər verir ki, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Abdolbari oğlu Gözəl bankın Müşahidə Şurasının yeni sədri seçilib.
O, bu vəzifədə 2022-ci ildən Müşahidə Şurasına rəhbərlik edən Əhməd Abdolbari oğlu Gözəli əvəz edib. Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.
Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manat təşkil edir və bankın əsas səhmdarı 98.43% payla “Anadolu Investment Company” MMC-dir.
No Comment! Be the first one.