“Formula 1” yarışları zamanı Bakıda tranzit yolların açıq olacağı saatlar məlum olub
Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisi günlərində nəqliyyatın sıxlığının qarşısını almaq məqsədilə şəhərin bəzi əsas tranzit istiqamətlərində hərəkət müəyyən saatlarda açıq olacaq.
hadiseler.info xəbər verir ki, tranzit dəhlizləri aşağıdakı cədvəl üzrə fəaliyyət göstərəcək:
Açıq olacağı tarixlər və saatlar:
21-22 sentyabr: 07:00–09:00 və 18:00–20:00
23 sentyabr: 07:00–09:00 və 20:00–22:00
Açıq olacaq əsas tranzit istiqamətləri:
Salyan şosesi – Neftçilər prospekti – Azneft dairəsi
Lermontov küçəsi – BMT-nin 50 illiyi küçəsi – İstiqlaliyyət küçəsi
Səməd Vurğun küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Bülbül prospekti
Bülbül prospekti – Xəqani küçəsi – Neftçilər prospekti
Qeyd olunub ki, tranzit dəhlizlərində avtomobillərin parklanması və sərnişinlərin mindirilib-düşürülməsi qadağan ediləcək. Müəyyən edilmiş tranzit zolaqlarında maksimal sürət həddi isə 50 km/saat təşkil edəcək.
No Comment! Be the first one.