“Trabzonspor” “Qalatasaray”a qalib gəldi
Futbol üzrə Türkiyə Superliqasında VI turun mərkəzi qarşılaşması baş tutub.
hadiseler.info xəbər verir ki, “Qalatasaray” “Trabzonspor”un qonağı olub. Qara dəniz təmsilçisi doğma azarkeşləri önündə rəqibini 4 cavabsız qolla məğlub edib.
Meydan sahiblərinin heyətində Məhəmməd Salah 4, 44 və 80-ci dəqiqələrdə fərqlənərək het-trikə imza atıb. Komandanın digər qolunu isə 39-cu dəqiqədə Noa Saviolo vurub.
Bu məğlubiyyətə baxmayaraq, İstanbul təmsilçisi 13 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qələbə qazanan “Trabzonspor” isə xallarını 10-a çatdıraraq 5-ci sıraya yüksəlib.
No Comment! Be the first one.