Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təntənəli şəkildə qeyd edilir.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncama əsasən təsis edilən bu əlamətdar gün, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri və ölkənin tam suverenliyinin bərpa olunması ilə bağlıdır.
Üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, genişmiqyaslı təxribatların karşısının alınması və Konstitusiya quruluşunun bərpa olunması amacı ilə başladılan tədbirlər cəmi 23 saat 43 dəqiqə davam edib. Dəqiq zərbələrlə Ermənistan silahlı qüvvələrinin birləşmələri və hərbi obyektləri sıradan çıxarılıb, nəticədə erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olublar.
Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət edərək Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu bəyan edib. Əməliyyatlar nəticəsində qanunsuz erməni birləşmələri tərksilah edilərək ərazini tərk edib, qeyri-qanuni xunta rejimi ləğv olunub və separatçıların əsas rəhbərləri həbs edilib.
No Comment! Be the first one.