Tramp “Süni İntellekt Qüvvələri”nin yaradıldığını elan etdi
ABŞ Prezidenti Donald Tramp ölkəsinin süni intellekt sahəsində liderliyini qorumaq məqsədilə yeni strukturun qurulduğunu bəyan edib.
hadiseler.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” hesabında paylaşım edib.
Tramp birinci prezidentliyi dövründə təsis etdiyi Kosmik Qüvvələri nümunə göstərərək “Süni İntellekt Qüvvələri”ni (AI Force) yaratdığını bildirib. O, yaxın vaxtlarda yeni qumrumun rəhbərini (“AI Czar”) təyin edəcəyini diqqətə çatdırıb:
“Süni intellekt ABŞ ÜDM-nin 25%-dək hissəsini əhatə edə biləcək yeni sənaye inqilabıdır. ABŞ süni intellekt sahəsində Çini və digər ölkələri üstələyir və bu üstünlüyü qoruyub saxlamaq niyyətindədir”.
Qeyd edək ki, Amerika lideri təşəbbüsün ABŞ Silahlı Qüvvələrinin yeni qoşun növü, yoxsa başqa bir dövlət agentliyi olduğu barədə təfərrüat paylaşmayıb. Bundan əvvəl reveals olunan məlumata görə, Tramp “süni intellekt” adını bəyənmədiyini bildirərək texnologiya üçün “ali intellekt”, “ekstremal intellekt” və “mütləq intellekt” kimi alternatif adlar təklif etmişdi.
No Comment! Be the first one.