Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd edilir.
hadiseler.info xəbər verir ki, bu əlamətdar gün ölkəmizdə artıq üçüncü dəfədir keçirilir.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təsis olunub.
Bu xüsusi günün təsis edilməsi Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün sözügedən şəhərlərin erməni separatçılarından təmizlənməsindən üç il ötür.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edərək Əsgəran qalasında və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Dövlət başçısı Xankəndidəki tarixi çıxışında Silahlı Qüvvələrin gücünü vurğulayaraq bildirib:
“Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə jetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”.
No Comment! Be the first one.