İran Hörmüz boğazı ilə bağlı son qərarını açıqladı
Tehran ABŞ əvvəllər irəli sürülmüş şərtləri qəbul etməyənə qədər Hörmüz boğazını dəniz naviqasiyası və gəmiçilik üçün açmayacağını rəsmən bəyan edib.
hadiseler.info xəbər verir ki, TASS agentliyinin yaydığı bu bəyanatı İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf səsləndirib.
Məclis sədri xüsusi olaraq vurğulayıb ki, müəyyən edilmiş şərtlər yerinə yetirilməyənə və İran xalqının qanuni hüquqları Vaşinqton tərəfindən tanınmayana qədər Hörmüz boğazının açılması üçün ən kiçik bir ehtimal belə mövcud deyil.
No Comment! Be the first one.