Tramp Pezeşkianla görüşməyə hazır olduğunu bildirdi
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüş keçirməyə ehtimal ki, hazır olduğunu bəyan edib.
hadiseler.info xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Tre Yinqst efirdə məlumat verib.
Jurnalist bildirib ki, BMT Baş Assambleyasının iclası çərçivəsində Nyu-Yorkda olacaq İran dövlət başçısı ilə görüş ehtimalı barədə ABŞ liderinə sual ünvanlayıb:
“Prezident Donald Trampa Baş Assambleya ilə bağlı sual verdim. İran Prezidenti Məsud Pezeşkian orada olacaq. Mən ondan İran Prezidenti ilə görüşməyə hazır olub-olmadığını soruşdum. O cavab verdi ki, ehtimal ki, buna hazırdır”.
No Comment! Be the first one.