Moskvada azərbaycanlıların çalışdığı bazara dron qalıqları düşüb
Rusiya paytaxtı Moskva şəhərinə həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu zamanı “Sadovod” ticarət kompleksi zədələnib.
hadiseler.info kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən vurulan PUA-lardan birinin qalıqları ticarət mərkəzinin birinci sırasının dam hissəsinə düşüb.
Düşən qalıqlar səbəbindən ərazidə qısamüddətli yanğın baş verib və alov yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb. Hadisə ilə əlaqədar ticarət kompleksinin fəaliyyəti və bəzi mağazalar müvəqqəti olaraq dayandırılıb, əraziyə gedən ictimai nəqliyyat marşrutlarında məhdudiyyətlər tətbiq olunub.
Qeyd edək ki, Kapotnya rayonunda Moskva Neft Emalı Zavodunun yaxınlığında yerləşən “Sadovod” Rusiyanın ən böyük topdan və pərakəndə satış mərkəzlərindən biridir və burada çoxlu sayda azərbaycanlı sahibkar da fəaliyyət göstərir.
No Comment! Be the first one.