Türkiyədə zəlzələ baş verib
Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yer səthindən 7 kilometr dərinlikdə baş verən yeraltı təkanlar Kahramanmaraş, Osmaniye, Kayseri və Qaziantep kimi ətraf əyalətlərdə də hiss olunub.
İlk məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.
No Comment! Be the first one.