Dənizdə batan tələbələrin meyitləri tapıldı
Bakının Sabunçu rayonunda dənizdə batan iki tələbənin meyiti FHN-in dalğıcları tərəfindən sudan çıxarılıb.
hadiseler.info xəbər verir ki, hadisə Bilgəh qəsəbəsi ərazisində, dənizin nəzarətsiz hissəsində qeydə alınıb.
Suda boğulan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, həyatını itirən hər iki şəxs tələbə olub.
No Comment! Be the first one.