Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Dənizkənarı Milli Parkın müəyyən ərazisində giriş-çıxışa müvəqqəti məhdudiyyət tətbiq olunur.
hadiseler.info xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, yarışla əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş və çıxış məhdudlaşdırılacaq.
Bununla yanaşı, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarı ərazisinə giriş-çıxış sərbəst olacaq.
No Comment! Be the first one.