İlham Əliyev: “Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxış edərək bu sahənin ölkə iqtisadiyyatı üçün böyük perspektivə malik olduğunu bildirib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı proqramın hazırlanması üçün aprel ayında müvafiq Sərəncam imzaladığını və keçən aylar ərzində hazırlıq işlərinin aparıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev vurğulayıb:
“Bu proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaqdır. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
No Comment! Be the first one.