Azərbaycanda mal əti bahalaşıb
Azərbaycanda mal ətinin satış qiymətində növbəti artım qeydə alınıb.
hadiseler.info xəbər verir ki, pərakəndə satış məntəqələrində sümüklü mal əti alıcılara 19 manata təklif olunur.
Sümüksüz mal ətinin qiyməti isə 21-22 manat arasında dəyişir ki, bu da son bir ay ərzində 1-2 manatlıq artım deməkdir. Satıcılar qiymət yüksəlişini mövsüm dəyişikliyi ilə əlaqələndirirlər.
Qeyd edək ki, mal ətinin bahalaşmasına baxmayaraq, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.
No Comment! Be the first one.