Rusiya Ermənistandakı səfirini dəyişməyə hazırlaşır
Rusiya Federasiyası Ermənistandakı səfirini əvəz etmək üçün yeni namizəd axtarışına başlayıb.
hadiseler.info xəbər verir ki, hazırkı səfir Sergey Kopırkinin fəaliyyətini gələn ilin yanvar ayına qədər yekunlaşdıracağı gözlənilir.
2018-ci ilin aprelindən bu vəzifədə çalışan diplomatın keçən müddət ərzində nə rəsmi İrəvan, nə də Rusiyayönümlü siyasi dairələrlə səmərəli əməkdaşlıq qura bilmədiyi qeyd olunur. Həm Moskvada, həm də İrəvanda o, ən uğursuz rusiyalı diplomatlardan biri kimi dəyərləndirilir və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artmasında pay sahibi hesab edilir.
Diplomatik mənbələr bildirir ki, səfirlərin yenilənməsi qarşılıqlılıq prinsipinə dayanır; əgər Erməniston Rusiyadakı səfirini dəyişərsə, Rusiya da İrəvanda oxşar addımı atacaq.
No Comment! Be the first one.