Türk Hava Yolları saqqal qadağasını ləğv etdi
Türk Hava Yolları kabin və uçuş heyətinin saqqal saxlamasına dair onilliklərdir davam edən qadağanı ləğv edib.
hadiseler.info xəbər verir ki, aviaşirkətin daxili qaydalarında dəyişikliklər olunub.
Yeni qaydalara əsasən, ekipaj üzvlərinə uzunluğu 15 mm-dən çox olmayan, səliqəli və baxımlı qısa saqqal saxlamalı olmaq şərtilə icazə verilib. Təbii, baxımlı saç düzümü, bığlı saqqal və qısa kəsilmiş saqqal qəbul edilən geyim və görünüş standartlarına daxil edilib.
15 mm-dən uzun, həmçinin seyrək və ya səliqəsiz saqqallara icazə verilmədiyi bildirilir.
No Comment! Be the first one.