Paşinyanın bu türk ölkəsinə səfəri gözlənilir
Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistana səfər edəcəyi planlaşdırılır.
hadiseler.info xəbər verir ki, bu barədə Ermənistanın Aşqabaddakı səfiri Arsen Avaqyan məlumat verib. Səfir bildirib ki, bu səfər İrəvan və Aşqabad arasında siyasi dialoqun davam etdirilməsi və praktiki əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq.
Diplomatın sözlərinə görə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da bu səfərə cavab olaraq İrəvanda keçiriləcək COP17 iqlim sammiti çərçivəsində Ermənistana səfər edəcək.
No Comment! Be the first one.