Bakıda Formula 1 rekord təkrarladı
Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışında Bakıya gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mindən çox olub.
hadiseler.info xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, bu göstərici Formula 1-in paytaxt Bakıda keçirildiyi dövr ərzində qeydə alınan ən yüksek nəticədir. Ötən il Bakıya gələn xarici qonaqların sayısı 14 min təşkil etmişdi.
Yarışa olan beynəlxalq maraq bilet satışlarında da özünü aydın göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb ki, bu da turnirin beynəlxalq coğrafiyasının daha da genişləndiyinə dəlalət edir.
No Comment! Be the first one.