Qazaxıstanda milli matəm günü elan edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbi təlimlər zamanı hərbi qulluqçuların həlak olması ilə əlaqədar 25 sentyabr tarixini milli matəm günü elan edib.
hadiseler.info xəbər verir ki, bu barədə qərarı dövlət başçısının mətbuat xidməti açıqlayıb.
Xatırladaq ki, yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində kəskin hava şəraiti səbəbindən 19 hərbçini dalğa aparıb. Hadisə nəticəsində 9 hərbçi həlak olub, 3 nəfər xilas edilib. Hazırda itkin düşən 7 hərbçinin axtarış-xilasetmə tədbirləri davam etdirilir.
No Comment! Be the first one.