Sabirabadda ağır yol qəzası: 1 ölü, 3 yaralı
Sabirabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində qeydə alınıb.
“Jiquli” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü İbrahimov Rahim Məzahir oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda həlak olan və yaralanan şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma davam etdirilir.
No Comment! Be the first one.