ABA yerli banklarda debet kartların satışına məhdudiyyət qoyulması barədə məlumatları şərh etdi
Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyi ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı rəsmi açıqlama yayıb.
hadiseler.info xəbər verir ki, Assosiasiyanın qəbul etdiyi yeni yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər, sahibkarlıq və depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.
Açıklamada vurğulanır ki, müştərilər tərəfindən ödəniş kartının istifadə məqsədi barədə banka ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların mövcud məlumatlarla uyğunluq təşkil etdiyi və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda banklar tərəfindən bir məhsul üzrə əlavə ödəniş kartlarının verilməsi sərbəst şəkildə təmin olunur.
Bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir.
No Comment! Be the first one.