Netanyahu BMT-də sərt ÇIXIŞ ETDİ: “Biz bunu etməsəydik, hamımız məhv olardıq”
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hərbi əməliyyatlardan danışaraq İsrailin özünü müdafiə etdiyini bəyan edib.
hadiseler.info xəbər verir ki, Netanyahu çıxışı zamanı İsrailin yalnız özünü deyil, bir az əvvəl zalı tərk edən bir sıra ölkələri də müdafiə etdiyini vurğulayıb. O bildirib ki, həmin ölkələrin liderlərinin əksəriyyəti pərdəarxasında İranın nüvə proqramının məhv edilməsinə görə İsrailə təşəkkür ediblər.
Hökumət başçısı İranın nüvə obyektlərinin məhv edilməsinin çətin proses olduğunu, lakin baş nazir kimi qəbul etdiyi ən sadə qərarlardan biri olduğunu deyib: “Əgər biz bunu etməsəydik, hamımız məhv olardıq”.
Netanyahu, həmçinin İsrailin tarix boyu qarşılaşdığı təhdidlərə toxunaraq, münaqişənin əsas mahiyyətinin ərazilər deyil, yəhudi dövlətinin mövcudluğu məsələsi olduğunu diqqətə çatdırıb.
No Comment! Be the first one.