Tacikistanın Baş naziri Azərbaycana gəlib
Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.
hadiseler.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı məkanda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
No Comment! Be the first one.