İlham Əliyev: “30 il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır”
İnvestisiyaların cəlb edilməsi və neft-qaz sektorunun inkişafı ölkə iqtisadiyyatının əsas dayaqlarındandır.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı Azərbaycanın etibarlı investor tərəfdaşı olduğunu xüsusi vurğulayaraq deyib:
“30 il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır. Onun bir sözü də, bir vergülü də dəyişməyib və bu da investorları cəlb etmək üçün çox önəmli bir amildir. Beləliklə, bizim çox güclü portfelimiz var”.
No Comment! Be the first one.