Prezident İlham Əliyev regionun geosiyasi vəziyyəti və iqtisadi potensialdan danışıb
Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, Mərkəzi Asiya regionunda da tamhüquqlu üzv mövqeyinə sahib olub.
hadiseler.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə diqqətə çatdırıb.
Dövlətimizin başçısı bildirib ki, idarəçilik, inzibatçılıq, nəqliyyatın rəqəmsallaşdırılması, gömrük qaydaları və investorlar üçün açıq tənzimləyici çərçivə ölkəmizin potensialını daha da gücləndirir.
Prezident İlham Əliyev regiondakı geosiyasi dəyişikliklərə toxunaraq vurğulayıb ki, regional vəziyyət 5 il əvvəlki şəraitə qayıtsa belə, Azərbaycan investorlar və təchizatçılar üçün hər zaman çox cəlbedici ünvan olaraq qalacaq.
No Comment! Be the first one.