Banqkok fəlakət zonası elan edildi – VİDEO
Taylandın paytaxtı Banqkokda güclü yağışların səbəb olduğu şiddətli daşqınlar fonunda şəhərin bütün 50 rayonu fəlakət zonası elan olunub.
hadiseler.info xəbər verir ki, “Banqkok Post”un yaydığı məlumata görə, leysan yağışlar paytaxtın müxtəlif ərazilərində subasmalara yol açıb.
Xüsusilə şəhərin şərq hissəsində kanalların daşması nəticəsində əsas hərəkət yolları su altında qalıb. Daşqınların vurduğu böyük ziyan və gündəlik həyata ciddi təsiri nəzərə alınaraq, Banqkok Metropoliten Administrasiyası zərər çəkmiş ərazilərdə yardım işlərini daha sürətli və koordinasiyalı təşkil etmək üçün bu qərarı qəbul edib.
Açıqlamada kanalların yaxınlığında yaşayan sakinlərə xəbərdarlıq edilib, yağışların sentyabrın 27-dək davam edəcəyi gözlənildiyindən qiymətli əşyaların və avtomobillərin hündür ərazilərə köçürülməsi tövsiyə olunub. Rəsmilər yataq xəstələrinin xəstəxanalara yerləşdiriləcəyini, evlərini tərk etmək məcburiyyətində qalan sakinlərin isə BMA-ya bağlı məktəblərə təxliyə ediləcəyini bildiriblər.
No Comment! Be the first one.