İstanbulda sahibkarın avtosalonu yandırıldı – VİDEO
İstanbulun Esenyurt rayonunda naməlum şəxslər hələ ki şəxsiyyəti müəyyənləşdirilməyən avtosalonun önündəki avtomobili yandırıblar.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, hadisə Fatih Mahalləsində baş verib. Avtosalonun önünə gələn şəxs və ya şəxslər park olunmuş nəqliyyat vasitəsinə od vuraraq ərazidən qaçıblar. Ətrafdakı sakinlərin xəbərdar etməsi ilə əraziyə cəlb edilən yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər.
Zərərçəkən ailənin iddiasına görə, keçən ay onların Avcılarda yerləşən digər avtosalonu da eyni qaydada hədəf alınıb. Ailədən 10 milyon türk lirəsi reket pulu tələb edən cinayətkarlar, istədiklərini ala bilmədikdə hər iki obyektdəki nəqliyyat vasitələrini yandıraraq videoya çəkiblər.
Hadisə anı çevrədəki vətəndaşların mobil telefon kamerasına anbaan əks olunub. Polis ekipləri şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb.
No Comment! Be the first one.