İstanbulda güclü leysan: Yeraltı keçidi su basdı, yollar çökdü
İstanbulda gecə saatlarından başlayan şiddətli leysan yağışları şəhərin bir sıra ərazilərində ciddi subasmalara və nəqliyyatın iflic olmasına səbəb olub.
hadiseler.info xəbər verir ki, leysan nəticəsində Zincirlikuyudakı yeraltı keçid tamamilə su altında qalıbvə avtomobillərin hərəkəti dayandırılıb. Fatih rayonunda isə yolda çökmə baş verib, çuxurlara düşən nəqliyyat vasitələri vətəndaşların köməyi ilə sudan çıxarılıb.
Yaranan su gölməçələri həm piyadaların, həm də nəqliyyatın hərəkətini kəskin çətinləşdirib, bəzi ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti dayandırılıb.


No Comment! Be the first one.